Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - VİDEO
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, "Mitsubishi Pajero iO" markalı minik avtomobili "156" Təxliyə Xidmətinə məxsus avtomobillə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.