Cəlilabad sakini dəm qazından öldü

Cəlilabad sakini dəm qazından öldü
06.01.2026 02:22 Hadisə

Cəlilabadda 23 yaşlı qadın dəm qazından boğularaq ölüb.

TodayPress TV xəbər verir ki, hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib.

Belə ki, kənd sakini 2003-cü il təvəllüdlü Şükran Sakit qızı İsayeva yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon prokurorluğunda araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər