Bərdədə 7 kiloqram narkotik vasitə aşkarlandı

Bərdədə 7 kiloqram narkotik vasitə aşkarlandı
21.06.2025 12:02 Hadisə

Bərdə rayonunda keçmiş məhkumdan 7 kiloqram narkotik vasitə götürülüb.

Bu barədə TodayPress TV-yə DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb.

Onun yaşadığı ünvana baxıș zamanı yardımçı tikilidə 7 kiloqram marixuana aşkarlanıb. Onun narkotiki satış məqsədi ilə İran vətəndaşından əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

FOTOLAR

Bərdədə 7 kiloqram narkotik vasitə aşkarlandı — 1
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər