Balakəndə məktəb binasında yanğın
Balakən şəhərində yerləşən N. Gəncəvi adına 1 saylı tam orta məktəbdə yanğın baş verib.
TodayPress TV xəbər verir ki, hadisə bu gün günorta saatlarında məktəb binasının daxili pilləkən qəfəsində qeydə alınıb.
Qıısa zamanda alovun genişlənməsinin qarşısı alınıb.
Yanğın zamanı pilləkən qəfəsinin altında yerləşən təxminən 3 kvadratmetr sahədə kağız tullantıları və 0,5 paqon metr elektrik kabeli yanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.