Balakəndə 43 yaşlı kişini sel apardığı ehtimal edilir

Balakəndə 43 yaşlı kişini sel apardığı ehtimal edilir
08.07.2026 16:22 Hadisə

Balakən sakini, 43 yaşlı kişini sel apardığı ehtimal edilir.

TodayPress TV xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Katex kəndində, Katex çayında qeydə alınıb.

Belə ki, Balakən rayonunun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər