Bakıda silah-sursat aşkarlandı

Bakıda silah-sursat aşkarlandı
21.06.2025 11:51 Hadisə

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

TodayPress TV xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində paytaxtın Nizami və Səbail rayonlarında 1 avtomat silahı, 1 tapança, 1 tüfəng, 2 qumbara, 1 patron darağı və 71 patron tapılaraq götürülüb.

Sabunçu rayonunda isə bir nəfər tapdığı 1 avtomat silahı, 1 qumbara və 55 patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırmalar aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər