Bakıda 25 yaşlı qadın dəm qazından boğulub öldü
Bakıda 25 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
TodayPress TV xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Məlumata görə, 2000-ci il təvəllüdlü Aysu Abbasəliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Fakt araşdırılır.