Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
TodayPress TV xəbər verir ki, iyunun 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 4 qumbara, 6 tüfəng, 1 patron darağı və 128 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.