Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı

Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı
05.01.2026 13:22 Hadisə

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-dən TodayPress TV-yə verilən xəbərə görə, yanvarın 3-də və 4-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 26 avtomat silahı, 26 qumbara, 11 tüfəng, 38 patron darağı və 1230 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər