Zelenski “tampon bölgə” təkliflərinə qarşı çıxdı

Dünya

30.08.2025 15:00

Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında Avropa liderlərinin atəşkəs və ya sülh sazişi çərçivəsində Ukrayna ilə Rusiya arasındakı sərhəddə "tampon bölgə"nin yaradılması təkliflərini rədd edib.

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb. 

O, bu ideyanın müasir müharibənin reallıqlarını əks etdirmədiyini və praktiki baxımdan tətbiqinin mümkün olmadığını bildirib.

"Bu günün texnoloji müharibə reallığını anlamayanlar "tampon bölgə" təklif edir", - deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, belə bir bölgə ölkəsi üçün ərazi itkiləri ilə nəticələnə bilər və Rusiya bu cür təşəbbüsləri yalnız münaqişənin həllini uzatmaq üçün alət kimi istifadə edir. Onun sözlərinə görə, Rusiya tərəfi hələ də səmimi diplomatik həllə hazır deyil.

Qeyd edək ki, Avropa mətbuatında bəzi liderlərin iki ölkə arasında 40 kilometrlik "tampon bölgə"nin yaradılması ideyasını gündəmə gətirdikləri barədə məlumatlar yayılıb.

Töhfə Səməd

tag: Zelenski,Tampon,Bölgə,Etiraz,Todaypress.tv,