Britaniyada Aİ-nin Rusiyaya qarşı planı üzə çıxdı
"Avropa İttifaqı ölkələri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ABŞ-nin dəstəyini almağa çalışır, lakin prezident Donald Tramp bu ideyadan məmnun görünmür".
TodayPress TV xəbər verir ki, bu barədə britaniyalı siyasi analitik Aleksandr Merkuris "YouTube" kanalında yayımlanan çıxışında bildirib.
Onun fikrincə, Trampın Avropa liderlərinin təşəbbüsündən “çox da həyəcanlandığı” ehtimal olunmur:
“Avropalılar sanksiya istəyə bilər, amma Tramp onların bu planlarına böyük önəm vermir. Hətta sanksiyalar tətbiq olunsa belə, onların əhəmiyyəti az olacaq və Tramp bunun nəticə verməyəcəyini yaxşı anlayır".
Merkuris əlavə edib ki, ABŞ prezidenti üçün bu cür sanksiyaların tətbiqi yalnız simvolik xarakter daşıyır və əks təsir doğura bilər.
Qiymət Mahir
tag: Britaniya,Aİ,Rusiya,Avropa,Donald Tramp,todaypress.tv,