Zelenski prezidentlikdən getməyə hazırdır

Dünya

25.09.2025 16:55

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişə bitdikdən sonra prezident postunu tərk etməyə hazır olacaq.

TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, Zelenski bunu “Axios”a müsahibəsində bildirib. 

O, atəşkəs əldə olunacağı təqdirdə seçkilərin keçirilməsini təklif edib və bu dövrdə belə bir imkanın yarana biləcəyini vurğulayıb.

Zelenski deyib ki, insanlar sülh üçün “Yeni mandatlı lider” istəyə bilər.

O, hərbi əməliyyatlar gedərkən istefa verəcəyi və ya seçkilərdə iştirakdan imtina edəcəyi barədə birbaşa açıqlama verməyib.

Xatırladaq ki, Ukraynada 2024-cü ilin martında keçirilməli olan seçkilər hərbi vəziyyət səbəbindən ləğv olunmuşdu.

Eyni zamanda, Rusiya Zelenskini qeyri-legitim hesab edir, ABŞ Prezidenti Donald Tramp isə Moskvanın bu mövqeyini “sadəcə duruş göstərmək” adlandırıb.

Mətbuatda o da bildirilir ki, Ukrayna hakimiyyəti 2026-cı il seçkilərinə hazırlaşır, hətta keçmiş baş komandan Valeri Zalujnının da gizli seçki planları barədə iddialar var.

Jalə Rövşən

TodayPress TV

tag: Ukrayna,Zelenski,Prezidentlik,Atəşkəs,Todaypress.tv,