Kobaxidze Avropa liderlərini diplomatik etikasızlıqda ittiham edir

Dünya

27.05.2025 15:57

4

Gürcüstanın baş naziri İrakli Kobaxidze Fransa, Polşa və Almaniya prezidentlərinin Gürcüstanın Müstəqillik Günü münasibətilə yaydığı bəyanatı zamanlama və forma baxımından “uyğunsuz və etikadan uzaq” adlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

“Bu, ilk növbədə etikett məsələsidir. 26 may kimi rəsmi bayram günündə belə siyasi məzmunlu bəyanatlar yaymaq doğru deyil”, – deyə Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, bayram günlərində yalnız təbrik xarakterli mesajlar göndərilməlidir, siyasi tənqid və mövqe nümayişi üçün bu cür günlər seçilməməlidir.

O həmçinin əlavə edib ki, Albaniyada Fransa prezidenti Emmanuel Makronla keçirilən şəxsi görüş zamanı Makron daha fərqli, neytral mövqe sərgiləyib. Kobaxidzenin fikrincə, bu, Avropa liderlərinin xarici təzyiqlərə məruz qaldığını göstərir.

Qiymət Mahir

tag: ,