Zelenski və Fitso müzakirə apardılar

Dünya

05.09.2025 17:59

Ukraynanın qərbində, Ujhorod şəhərində prezident Volodimir Zelenski ilə Slovakiyanın Baş naziri Robert Fitso arasında görüş keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın “Insider” nəşri məlumat yayıb.

Slovakiyanın nümayəndə heyətinə vitse-baş nazir və iqtisadiyyat naziri Denisa Sakova, eləcə də xarici işlər naziri Yuray Blanar daxil olub. Ukrayna tərəfindən isə danışıqlarda prezidentlə yanaşı Baş nazir Yuliya Sviridenko iştirak edib.

5 sentyabr tarixində Zelenski çıxışında bildirib ki, təhlükəsizlik zəmanətlərinin aktiv döyüş əməliyyatları başa çatmamışdan əvvəl qüvvəyə minməsi vacibdir. Onun sözlərinə görə, söhbət təkcə hərbi yardımdan deyil, həm də iqtisadi təminatlardan gedir. Ukrayna lideri iqtisadi dəstəyin həlledici rol oynadığını vurğulayıb.

Zelenski əlavə edib ki, artıq 26 dövlət Ukraynanın təhlükəsizliyinin təmin olunmasında iştirak etməyə hazır olduğunu bildirib və bunu “əhəmiyyətli irəliləyiş” adlandırıb.

Qiymət Mahir

tag: Slovakiya,Yuray Blanar ,Ukrayna,Ujhorod ,Todaypress.tv,