Zelenski: “Orban Putinə xidmət edir”

Dünya

10.06.2025 14:57

Ukrayna prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna ilə bağlı sərt ritorikasını “tarixi səhv” adlandırıb.

TodayPress TV xəbər verir ki, Zelenski bu fikirləri Macarıstanın “Valasz online” nəşrinə verdiyi müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Orban Ukraynanı daxili siyasi məqsədlər üçün istifadə edir və bunun Macarıstan cəmiyyəti üçün ciddi nəticələri olacaq.

“Bizə yardım etməməklə o, Putinə xidmət göstərir. Buna görə də dedim ki, Viktor tarixi bir səhv edir. Bu, mənim şəxsi fikrimdir. Əgər baş verənləri açıq-aydın görürəmsə, gülümsəyib qucaqlaşa bilmərəm”, - deyə Zelenski bildirib.

Ukrayna prezidenti əlavə edib ki, əgər Orban istəsə, onunla və Macarıstanla normal münasibətlərə hazırdır. 

Qiymət Mahir

tag: Ukrayna,Orban,Macarıstan,Zelenski,todaypress.tv,