Britaniya İrana xəbərdarlıq etdi

Dünya

23.06.2025 16:29

Böyük Britaniya İranı ABŞ hərbi bazalarına mümkün hücumlar və Hörmüz boğazının bağlanması ilə bağlı ciddi şəkildə xəbərdar edib.

TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib ki, bu cür addımlar regionda fəlakətli nəticələrə səbəb ola bilər:

“İranlı həmkarıma açıq şəkildə bildirdim: Tehranın Yaxın Şərqdə ABŞ bazalarına hücumu bu mərhələdə böyük, fəlakətli səhv olar. Hörmüz boğazının bağlanması da eyni dərəcədə yanlış qərardır. Unutmayaq ki, regionda bizim də hərbi qüvvələrimiz var".

Nazir həmçinin qeyd edib ki, vəziyyətin diplomatik yollarla nizamlanacağına ümidlidir, çünki onun fikrincə, İranın Ali lideri Əli Xamenei mümkün hücumların ağır nəticələrini anlayır.

Qiymət Mahir

tag: Böyük Britaniya,İran,ABŞ,Devid Lemmi,Todaypress.tv,