Şərqi Avropanın ən zəngin adamı tapıldı

Dünya

29.05.2025 19:15

3

"Bloomberg Milyarderlər İndeksi"nə görə Şərqi Avropanın (Rusiyadan kənarda) ən varlı adamı 32 yaşlı Mixal Strnaddır.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Çexiyalı iş adamı Stanislav Strnadın sərvəti 17,1 milyard ABŞ dollarına çatıb. Onun sahibi olduğu "Czechoslovak Group" (CSG) şirkəti bir vaxtlar köhnə sovet tankları və hərbi texnika satışı ilə fəaliyyətə başlamışdı. Hazırda isə bu şirkət Avropanın ən böyük artilleriya mərmiləri və döyüş maşınları istehsalçılarından birinə çevrilib. Məlumata görə, Strnadın sərvəti 2025-ci ildə 7,9 milyard dollar artıb. Bu artımın əsas səbəbi Avropada yenidən silahlanma prosesinin güclənməsi və NATO-nun üzv ölkələrinə ABŞ tərəfindən öz təhlükəsizliklərinə daha çox məsuliyyət götürmək çağırışlarıdır. Nəticədə Avropa hərbi texnika bazarında ciddi canlanma müşahidə olunur və bu da CSG-nin bazar dəyərinə birbaşa təsir göstərib. Hazırda Strnadın şirkətində 14 minə yaxın işçi çalışır. Qeyd edək ki, CSG 2024-cü ildə məşhur silah markası "Remington"un sahibi olan "Kinetic Group"u da satın alıb.

Töhfə Səməd

tag: ,