Zelenski G7 sammitindən istədiyi dəstəyi almadan ayrıldı
Ukrayna prezidenti Volodimir Zelenski Kanadada keçirilən G7 sammitini tərk edib.
TodayPress TV xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, o, nə istədiyi maliyyə dəstəyini, nə də ABŞ prezidenti Donald Trampla planlaşdırılan görüşü əldə edə bilib.
Nəşrə görə, Zelenski illik 40 milyard dollar həcmində yardım gözləyirdi və Tramp ilə Ukraynaya hərbi dəstəklə bağlı birbaşa görüş keçirməyə ümid edirdi. Lakin Tramp sammiti gözlənilmədən tərk etdiyindən, bu görüş baş tutmayıb.
Qiymət Mahir