Zelenski əsirlikdən geri qaytarılan ukraynalıların [sayını açıqladı]]
Dünya
28.07.2025 17:10
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müharibə başlayan gündən bu yana 5 857 ukraynalı əsirlikdən azad edilərək vətənə qaytarılıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, öz “Telegram” kanalında məlumat yayıb.
Daha 555 nəfər isə əsir mübadiləsi prosedurlarından kənar yollarla azad olunub.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında İstanbulda baş tutan danışıqlar zamanı ilkin olaraq “1000-ə 1000” formatında, daha sonra isə ağır yaralı və xəstələrin, eləcə də 18–25 yaş arası hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılıq əldə olunmuşdu.
Ukrayna tərəfi razılaşmalar tamamlanana qədər dəqiq sayların açıqlanmayacağını bildirsə də, Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ötən həftə 1 000-dən çox ukraynalının geri qaytarıldığını təsdiqləmişdi.
Əsir mübadilələri iyunun 9, 10, 12, 14, 19, 20 və 26-da, eləcə də iyulun 4 və 23-də həyata keçirilib.
Töhfə Səməd
tag: Ukrayna ,Volodimir Zelenski,Əsir,Mübadilə,Todaypress.tv,