Aİ-də ukraynalı qaçqınların statusu ilə bağlı fikir ayrılığı yarandı
Dünya
09.06.2025 01:00
Avropa İttifaqında ukraynalı qaçqınların hüquqi statusu ilə bağlı ciddi fikir ayrılığı yaranıb.
TodayPress TV xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” (NZZ) nəşri məlumat yayıb.
Məqalədə bildirilib ki, Brüssel Ukraynalıların daha əlverişli sosial şərtlər təklif edən Aİ ölkələrinə kütləvi şəkildə köçəcəyindən ehtiyat edir. Bu isə ittifaq daxilində üzv dövlətlər arasında münaqişəyə səbəb ola bilər.
2022-ci ilin fevralından bəri Aİ-də təxminən 4,3 milyon ukraynalı müvəqqəti müdafiə statusu alıb. Bu status bir neçə dəfə uzadılıb və Avropa Komissiyası onu 2027-ci ilə qədər yenidən uzatmağı təklif edib.
Müəllif qeyd edib ki, hüquqi qeyri-müəyyənlik səbəbindən ukraynalı qaçqınlar Aİ ölkələrində iş və mənzil tapmaqda ciddi çətinliklərlə üzləşirlər.
Qiymət Mahir
tag: Avropa,Aİ,Ukrayna,Qaçqın,todaypress.tv,