Zelenski 20 min raketə görə Trampı qınadı

Dünya

09.06.2025 06:00

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Ukraynaya verilməsi planlaşdırılan 20 min ədəd xüsusi dronu əleyhinə raketi Yaxın Şərqə yönləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “ABC News” telekanalına müsahibəsində danışıb.

Zelenski qeyd edib ki, Ukrayna “Şahed” tipli dronlara qarşı ciddi mübarizə aparır: 

“Bununla bağlı böyük problemlərimiz var. Lakin bütün vasitələri tapacağıq ki, onları məhv edək”.

Prezidentin sözlərinə görə, ABŞ-nin əvvəlki müdafiə naziri Lloyd Ostinlə bu layihə əvvəlcədən razılaşdırılıb və hələ Cozef Bayden administrasiyası dövründə təşəbbüs kimi irəli sürülüb. Söhbət “Şahed”lərə qarşı istifadə üçün nəzərdə tutulan, xüsusi texnologiyaya əsaslanan, lakin nisbətən ucuz 20 min raketdən gedir.

“Biz bu raketlərə ümid edirdik. Lakin bu gün səhər müdafiə nazirim mənə dedi ki, ABŞ həmin 20 min raketi Yaxın Şərqə göndərib”, – deyə Zelenski bildirib.

Qiymət Mahir

tag: Ukrayna ,Volodimir Zelenski,ABŞ ,Yaxın Şərq,Todaypress.tv,