Qazaxıstan XİN naziri Murat Nurtleunun saxlanılması xəbəri təkzib edildi - YENİLƏNDİ
Dünya
04.09.2025 14:59
Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleunun guya saxlanılması ilə bağlı yayılan xəbər təkzib edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel məlumat verib.
"Qazaxıstan Respublikasının Xarici İşlər Nazirinin saxlanılmasına dair xəbər feykdir. Dezinformasiyalara inanmamağı xahiş edirik.", - deyə o qeyd edib.
***
13:39
Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıblar.
TodayPress TV Orda.kz-yə istinadən xəbər verir ki, onlarla bərabər, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksəkvəzifəli əməkdaşları da saxlanılıblar.
Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr təsdiqləyiblər.
Nurtleu Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıtdıqdan sonra evində tutulub, müstəntiqlər nazirin və Hacıyevin evində axtarış aparıblar.
tag: Qazaxıstan,XİN,Murat Nurtleu,Hacı Hacıyev,Todaypress.tv,