Zaxarova: "Rusiya İrəvanda Putinə qarşı aksiyaları ödənişlidir"

Dünya

20.05.2025 17:33

Rusiya Xarici İşlər Nazirliyi İrəvanda prezident Vladimir Putinə qarşı keçirilən aksiyaların təşviq və maliyyələşdirildiyini bildirib. 

TodayPress TV xəbər verir ki, nazirliyin sözçüsü Mariya Zaxarova bu addımları təxribat adlandıraraq, Rusiyanın Ermənistanla konstruktiv və müsbət gündəmə diqqət yetirdiyini vurğulayıb.

Bildirilir ki, İrəvanda Rusiya səfirliyi və Kiyev körpüsü yaxınlığında Putinə qarşı təhqiramiz plakatların asılması Lavrovun səfəri ərəfəsində baş verib. Zaxarovanın sözlərinə görə, bu aksiyaların arxasında xarici təsirlərin – xüsusilə ABŞ səfirliyinin və USAİD-in maliyyələşdirdiyi strukturların ola biləcəyi istisna edilmir.

Rusiya tərəfi bu cür hallara baxmayaraq, Ermənistanla əməkdaşlığın bütün sahələrində dialoqu davam etdirməkdə maraqlı olduğunu qeyd edib.

Türkan İsgəndərli

tag: Rusiya,Ermənistan,Aksiya,Zaxarova,todaypress.tv,