Aİ-nin maliyyə dəstəyi Gürcüstanda narazılıq yaratdı
Dünya
11.07.2025 18:13
Avropa İttifaqının Gürcüstandakı radikal QHT-lərdən biri olan “Sapari”yə 900 min avro maliyyə ayırmaq niyyəti ölkə rəhbərliyinin sərt reaksiyasına səbəb olub.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papyuaşvili “Vzglyad” qəzetinə danışıb.
Onun sözlərinə görə, “Sapari” demokratik institutları və qanunları tanımır, nifrət kampaniyaları aparır və seçilmiş hakimiyyətin devrilməsi çağırışları ilə aksiyalar təşkil edir.
“Brüsselin ekstremizmə dəstəyini anlamaq üçün yalnız bu fakt yetərlidir”, - deyə Papyuaşvili bildirib.
Baş nazir İrakli Kobaxidze isə daha əvvəl bildirmişdi ki, Tbilisi Aİ ilə münasibətlərin yaxşılaşmasını gözləyir, lakin Brüssel Gürcüstana təzyiq göstərməyə davam edir.
Qiymət Mahir
tag: Avropa,Gürcüstan,QHT,Sapari,Todaypress.tv,