Zelenski: "Ukrayna Azərbaycandan qaz almağı planlaşdırır"
Dünya
20.10.2025 21:40
"Çox çətin vəziyyət yaranarsa, Ukrayna 2 milyard dollarlıq qaz tapmağa hazır olmalıdır. Hökumət anlayır ki, bu cür vəsaiti hardan əldə edə, qazı hardan idxal edə bilər".
TodayPress TV xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, baş nazir Yuliya Svırıdenkonun Slovakiya ilə, energetika naziri Svitlana Qrinçukun isə ABŞ-nin enerji şirkətləri ilə müvafiq müsbət razılaşmaları var.
"Amerika LNG ilə bağlı razılaşma var: istəsək, qaz Polşadan, Polşa terminalı vasitəsilə gələcək. Biz Yunanıstandan da əlavə qaz idxal edə bilərik; biz baş nazir Kiriakos Mitsotakislə razılığa gəlmişik. Digər ölkələrlə də anlaşma və razılaşmalar var. Bizim Azərbaycanla da razılaşmalarımız var. Hamı bunun üzərində işləyir. Gördüyüm kimi, qaz problemi həll olunacaq", - deyə Ukrayna lideri qeyd edib.
tag: Ukrayna, Qaz, Azərbaycan, Zelenski, Polşa, todaypress.tv,
