Yaponiyada orta ömür uzunluğu rekord səviyyəyə çatdı

Yaponiyada orta ömür uzunluğu rekord səviyyəyə çatdı
26.07.2025 18:00 Dünya

Yaponiyada 2024-cü ildə qadınlar üçün orta ömür uzunluğu 87,13 il, kişilər üçün isə 81,09 il olub.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Yaponiya artıq 40-cı dəfədir ki, orta ömür uzunluğu göstəricisində rekord müəyyənləşdirir. Qeyd olunur ki, Yaponiya qadınlar üzrə dünya lideri olsa da, kişilər arasında bu göstərici ilə 6-cı yerdə qərarlaşıb. Nazirlik vurğulayıb ki, 2023-cü illə müqayisədə göstəricilər demək olar ki, dəyişməyib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər