Yaponiyada güclü zəlzələ qeydə alındı

Yaponiyada güclü zəlzələ qeydə alındı
01.01.2026 10:24 Dünya

Yaponiyada İvate prefekturasının sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. 

Bildirilib ki, zəlzələ Morioka şəhərində hiss olunub və Yaponiyada tətbiq edilən 7 ballıq seysmik intensivlik şkalası üzrə 4,0 bal gücündə qiymətləndirilib. 

Məlumata əsasən, zəlzələdən sonra sunaİvatemi təhlükəsi ilə bağlı heç bir xəbərdarlıq edilməyib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər