Yaponiya atom enerjisindən istifadəni artırmağı planlaşdırır
Dünya
06.06.2025 15:30
Yaponiya yaxın illərdə atom enerjisindən istifadəni artırmağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
2011-ci ildə baş verən Fukusima atom-elektrik stansiyası qəzasından sonra ölkədə nüvə elektrik stansiyalarının sayı azaldılmışdı. Hazırda fəaliyyətdə olan reaktorların istismar müddətinin isə maksimum 60 ildən daha uzun vaxta uzadılması nəzərdə tutulur.
Dünyanın dördüncü ən böyük iqtisadiyyatına sahib olan Yaponiya 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyir. Bununla belə, ölkə hələ də əsasən fosil yanacaqlardan asılıdır. Atom enerjisinin payının artırılması artan enerji tələbatının ödənməsi üçün mümkün çıxış yolu kimi görülür.
Qeyd edək ki, 2022-ci ildə atom enerjisinin ölkənin ümumi enerji istehsalındakı payı 5,6 faiz təşkil edib. Rəsmi Tokio bu göstəricini 2040-cı ilədək 20 faizə çatdırmağı planlaşdırır.
Töhfə Səməd
tag: Yaponiya , Atom enerjisi,Fukusima,