ABŞ-yə Rusiya ilə bağlı yeni təklif
Dünya
29.07.2025 10:52
ABŞ Quru Qoşunlarının Təhlükəsizlik Təminatı Komandanlığının Estoniyada xidmət edən polkovnik-leytenant Ceffri Fritz Vaşinqtona Rusiya Federasiyasından Komandor adalarının alınmasını təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Breaking Defense” jurnalına məlumat verib.
“Təklif edirəm ki, Birləşmiş Ştatlar Çin sualtı qayıqlarının Şimal Buzlu okeanına daxil olmağa çalışdığı halda, potensial aktivliyi izləmək üçün Rusiya Federasiyasından Komandor adalarını 15 milyard dollar müqabilində dinc və praqmatik yolla alsın”, - deyə o qeyd edib.
O, ABŞ-nin 1867-ci ildə Alyska əyalətini Rusiyadan satın almasını da xatırladıb. Fritzin fikrincə, o zaman bu addım “axmaqlıq” kimi qiymətləndirilsə də, Alyaska sonradan ölkənin enerji və müdafiə strategiyasında əsas rol oynayıb.
O düşünür ki, bu addım Arktikadakı təhlükəsizliyi gücləndirə, parçalanmış yerli əhalini yenidən birləşdirə və bu sürətlə dəyişən regionda Amerikanın liderliyini təsdiqləyə bilər.
Aysel Mətləb
tag: ABŞ,Rusiya,Komandor,Todaypress.tv,