"SpaceX" daha 26 "Starlink" peykini orbitə çıxardı
Dünya
08.06.2025 23:15
ABŞ-nin “SpaceX” şirkəti iyunun 9-da “Falcon 9” raketdaşıyıcısı vasitəsilə qlobal internet şəbəkəsi üçün nəzərdə tutulmuş 26 “Starlink” mini-peykini uğurla orbitə çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə şirkətin rəsmi məlumatında bildirilib.
Buraxılış ABŞ-nin Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələr bazasında yerləşən SLC-4E platformasından yerli vaxtla saat 07:20-də (Bakı vaxtı ilə 18:20-də) həyata keçirilib. Təxminən bir saat sonra peyklər raketin ikinci mərhələsindən ayrılaraq Yer orbitinə yerləşdirilib.
Qeyd edək ki, bu buraxılışda istifadə olunan çoxistifadəli birinci mərhələ artıq yeddinci dəfədir fəaliyyət göstərirdi və bu dəfə də uğurla idarə olunan şəkildə “Of Course I Still Love You” adlı dəniz platformasına eniş edib.
Qiymət Mahir
tag: ABŞ,SpaceX,Falcon 9,Kaliforniya ,todaypress.tv,