Vyetnam Cənubi Koreya ilə əlaqələri gücləndirir

Dünya

11.08.2025 09:39

Vyetnam Cənubi Koreya ilə müdafiə və iqtisadi sahələrdə əməkdaşlığı gücləndirib. 

TodayPress TV xəbər verir ki, bu barədə Vyetnam Kommunist Partiyasının baş katibi To Lam bildirib.

Onun sözlərinə görə, Cənubi Koreya Vyetnama birbaşa investisiya və turizm sahəsində birinci, inkişaf yardımı baxımından ikinci, ticarət üzrə isə üçüncü yerdədir. O bildirib ki, müdafiə sahəsində əməkdaşlıq dərinləşir, regionlararası əlaqələr və humanitar mübadilələr artır.

Cənubi Koreya Prezidenti Li Cae Myung da Vyetnamın Cənubi Koreya üçün vacib ticarət tərəfdaşı olduğunu deyib. O, iki xalq arasında artan nikahları və ortaq tarixi vurğulayıb. Prezident Vyetnamın gələcəkdə dünyada əsas ölkələrdən birinə çevriləcəyinə inandığını bildirib.

Türkan İsgəndərli

tag: Vyetnam,Cənubi Koreya,İqtisadi,Əlaqə,Todaypress.tv,