Serbiyada dəmir yollarının fəaliyyəti dayandırıldı
Dünya
31.10.2025 17:44
Serbiyada bütün dəmir yolu hərəkətləri terror təhlükəsi ilə bağlı müvəqqəti dayandırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Srbijavoz" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, oktyabrın 31-də bütün qatarlarda və dəmir yollarında partlayıcı qurğuların yerləşdirildiyi barədə anonim zəng daxil olub.
Serbiyanın Daxili İşlər Nazirliyi və "Srbijavoz" şirkəti hazırda vəziyyətin araşdırılması və təhlükəsizliyin təmin edilməsi üzərində işləyir. Şirkət bildirib ki, sərnişinləri və qatar heyətini qorumaq məqsədilə bütün qatar xidmətləri dayandırılıb.
Qeyd edək ki, noyabrın 1-i Novi Sad faciəsinin ildönümüdür. 2024-cü ildə həmin stansiyada çardaq çöküb. Bu il isə Serbiyanın bir sıra şəhərlərində tələbələrin və müxalifətin etirazları zamanı axşam və gecə yollar bağlanmış, polis ilə toqquşmalar baş verib.
Türkan İsgəndərli
tag: Serbiya,Dəmir yolu,Terror,Hərəkət,Todaypress.tv,
        