Vyetnamın xarici ticarət dövriyyəsi 355 milyard dolları keçdi
Dünya
06.06.2025 17:20
Vyetnam 2025-ci ilin ilk beş ayında 355,79 milyard ABŞ dolları dəyərində ümumi idxal-ixrac dövriyyəsi qeydə alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7% artım deməkdir. Məlumatı ölkənin Milli Statistika İdarəsi yayıb.
TodayPress TV "Xinxua"ya istinadən xəbər verir ki, məlumatı ölkənin Milli Statistika İdarəsi yayıb.
Hesabat dövründə Vyetnamın xarici ticarət balansında 4,67 milyard dollarlıq müsbət saldo yaranıb.
İxrac 180,23 milyard dollara çataraq illik müqayisədə 14% artıb, idxal isə 17,5% artaraq 175,56 milyard dollar təşkil edib.
Yeddi məhsul kateqoriyası üzrə ixrac gəliri 5 milyard dolları keçib. Bunlara kompüter və elektron komponentlər, tekstil məhsulları, ayaqqabılar və ağac məmulatları daxildir.
Çin Vyetnamın ən böyük idxal tərəfdaşı olaraq qalır. Beş ay ərzində bu ölkədən idxalın dəyəri 69,4 milyard dollar təşkil edib.
Qiymət Mahir
tag: Vyetnam,Çin,İxrac,İdxal,todaypress.tv,