Vuçiç: "ABŞ sanksiyalarında Rusiyanı günahlandırmıram"
Dünya
09.10.2025 16:07
Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ-nin Serbiyanın Neft Sənayesinə (NIS) qarşı tətbiq etdiyi sanksiyalara görə Rusiyanı günahlandırmadığını bildirib.
TodayPress TV bu barədə "TASS"a istinadən xəbər verir.
“Mən yaxşı bilirəm ki, sanksiyalarda rusların günahı yoxdur. Amma prezident kimi xalqımın bundan sonra da günahsız əzab çəkməsinə icazə verə bilmərəm və verməyəcəyəm”, – Vuçiç qeyd edib.
O, Moskvanı Belqradla birlikdə yaranmış vəziyyətin həll yollarını tapmağa çağırıb.
Xatırladaq ki, ABŞ-nin “Qazprom Neft”in törəmə şirkəti olan NIS-ə qarşı sanksiyaları oktyabrın 8-dən qüvvəyə minib. Şirkət 2025-ci ilin əvvəlində ABŞ-nin Xüsusi Təyin Olunmuş Vətəndaşlar Siyahısına (SDN) əlavə edilib.
Qeyd edək ki, NIS-in 56,14 faiz səhmi Rusiyanın “Qazprom” və “Qazprom Neft” şirkətlərinə məxsusdur. ABŞ-nin bu addımından sonra Serbiya Rusiya kapitalının ölkədən çıxarılmasını istədiyini açıqlayıb.
Vuçiç daha əvvəl Serbiyanın NIS-i almağa hazır olduğunu bəyan etmişdi.
Jalə Rövşən
tag: Aleksandr Vuçiç,Sanksiya,Rusiya,Serbiya,Todaypress.tv,
