Vitkof: “Pensiyaya çıxanda bu görüşü xatırlayacağam” - VİDEO
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkof Kremlində Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı diqqətçəkən açıqlama verib.
TodayPress TV xəbər verir ki, Vitkof təqaüdə çıxdıqdan sonra Putinlə hazırkı görüşünü “ən yaxşı” və “yaddaqalan” görüşlərdən biri kimi xatırlayacağını bildirib.
Putinlə Vitkof və Trampın kürəkəni Cared Kuşnerin görüşü bağlı qapılar arxasında iki saatdan artıqdır davam edir.
ABŞ nümayəndələrinin sabah Ukraynaya gedərək Prezident Volodimir Zelenski ilə görüşəcəkləri gözlənilir.
Kübra Musayeva