Vaşinqtonun kosmik planına Rusiyadan SƏRT REAKSİYA
ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meynkin Vaşinqtonun orbital silaha malik olması barədə bəyanatları Amerikanın kosmosda silah yerləşdirmək planlarını həyata keçirdiyinin birbaşa sübutudur.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.
"Qeyd olunan fikirlərə diqqət yetirdik. Bununla da amerikalı rəsmi şəxslər ilk dəfə kosmosda yerləşən silah potensialına malik olduqları faktını təsdiqlədilər. Bu bəyanatlar ABŞ-nin kosmosda silah yerləşdirmək və öz üstünlüyünü təmin etmək məqsədilə onu döyüş əməliyyatlarında istifadə etmək planlarını praktiki olaraq həyata keçirdiyinin birbaşa sübutudur", - deyə diplomat qeyd edib.
Zaxarova əlavə edib ki, ABŞ-nin kosmik təhlükəsizlik sahəsindəki beynəlxalq təşəbbüsləri yalnız diqqəti onların "təcavüzkar niyyətlərindən yayındırmağa" yönəlib.
Nazir, həmçinin Rusiyanın kosmik fəzada silahlanma yarışının qarşısını almaq üçün tədbirlərin görülməsini zəruri hesab etddiyini bildirib.
Aysel Mətləb