Varşava Ukrayna sərhədində “qapıları” möhkəmləndirir
Polşa Ukrayna ilə sərhəddə keçid məntəqələrinin mühafizəsini gücləndirir.
TodayPress TV xəbər verir ki, Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış və Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının “X”də paylaşım edib.
Bildirilib ki, bu işlə xüsusi mühəndis bölməsi məşğul olacaq.
Məlumata görə, Polşanın Ukrayna ilə sərhədinə yaxın ərazilərdəki postların və infrastrukturun mühafizəsi 18-ci Ponton-Körpü Alayı tərəfindən gücləndiriləcək.
“Son günlər göstərir ki, Rusiyanın hərəkətləri bütün Avropanın təhlükəsizliyinə təhdid yaradır. Hökumətimizin qərarına əsasən, xüsusilə Sərhəd Mühafizə Xidməti tərəfindən istifadə olunan infrastruktur gücləndirilir”, - deyə Kosinyak-Kamış bildirib.
Aysel Mətləb