Ukraynaya silah göndərmək Avropada sabitliyi poza bilər
Dünya
26.06.2025 18:00
Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, Ukraynaya silah və muzdlu döyüşçülərin göndərilməsi münaqişənin uzadılmasına və Avropada vəziyyətin destabilizasiyasına səbəb ola bilər.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə o, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin görüşündə çıxışı zamanı deyib.
Belousovun sözlərinə görə, Kiyev tərəfi müharibədə məğlubiyyətin qaçılmaz olduğunu anlayaraq terror aktlarına üstünlük verir və Avropa ölkələrinin dəstəyi ilə Rusiyanın mülki infrastrukturuna hücumlar təşkil edir.
“Ukraynaya silah və muzdlu döyüşçülərin göndərilməsi hərbi əməliyyatların uzanmasına xidmət edir və bu, təkcə regionda deyil, Avropanın özündə də sabitliyi təhlükə altına alır. Bütün bunlara baxmayaraq, Rusiya tərəfi dəfələrlə münaqişənin siyasi yolla həllinə hazır olduğunu bəyan edib". – deyə nazir bildirib.
Belousov əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi hərbi əməliyyat çərçivəsində hücumları davam edir və bu hücumlar “müsbət nəticələr” göstərməkdədir.
Qiymət Mahir
tag: Rusiya,Ukrayna,Kiyev,Avropa,Todaypress.tv,