Tramp jurnalistlərə yeni məhdudiyyətlər tətbiq etdi

Dünya

22.09.2025 11:21

ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqon və ordu ilə bağlı xəbərlərin yayımlanmasına yeni məhdudiyyətlər tətbiq edib. 

TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara görə, jurnalistlər yalnız hökumət tərəfindən təsdiqlənmiş məlumatları yayımlaya bilərlər.

Əks halda onlar Pentaqon etimadnamələrini itirə bilərlər. 

Qaydalara əsasən, Pentaqon binasında jurnalistlərin hərəkəti məhdudlaşdırılır, binaların çox hissəsinə müşayiətsiz giriş qadağandır. 

"The New York Times", "The Washington Post", "The Wall Street Journal" və "Reuters" kimi media orqanları məhdudiyyətləri tənqid ediblər. Hüquqşünaslar da bu qaydaların Birinci Düzəliş və mətbuat azadlığı prinsiplərinə zidd olduğunu vurğulayıblar.

Qaydalara əlavə olaraq, Tramp administrasiyası digər media təşkilatlarına qarşı böhtan iddiaları qaldırıb və bəzi tok-şouları dayandırıb. Florida ştatında isə hakim "The New York Times"a qarşı iddianı rədd edib.

TodayPress TV

tag: Tramp,ABŞ,Jurnalist,Məhdudiyyət,Todaypress.tv,