ABŞ-Ukrayna görüşündə gərginlik yaşandı

Dünya

18.10.2025 13:30

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş gərgin keçib.

TodayPress TV "Axios" və "CNN"in mənbələrinə istinadən xəbər verir ki, tərəflər bir çox məsələdə razılığa gələ bilməyib.

Tramp görüş zamanı sərt mövqe nümayiş etdirib və Zelenskiyə bildirib ki, Ukrayna hələlik uzaqmənzilli raketlər almayacaq.

Zelenski isə görüşdən sonra Telegram kanalında danışıqların iki saatdan çox davam etdiyini və döyüş mövqeləri, hava hücumundan müdafiə imkanları və diplomatik perspektivlərin müzakirə olunduğunu deyib.

O, Tomahawk raketləri barədə əvvəlcədən danışmamağa razılıq verdiklərini qeyd edib.

"Strana.ua"nın məlumatına görə, görüşdən sonra Ukrayna liderinin gözlədiyi nəticələr – Moskvaya təzyiqin artırılması, hərbi yardımın davam etdirilməsi və Tomaqawk raketlərinin verilməsi – həyata keçməyib.

Məqalədə bildirilir ki, Tramp müharibədən qaçmaq niyyətini nümayiş etdirib və bu, Qərb tərəfdaşlarının strategiyasını sarsıda bilər.

Jalə Rövşən

TodayPress TV

tag: Donald Tramp , Volodimir Zelenski ,Görüş,Ağ Ev ,Todaypress.tv,