Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!

Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
15.09.2026 12:03 Dünya

Rusiya iqtisadiyyatına ciddi zərər vurmaq üçün Ukrayna təkcə neft emalı sənayesinə deyil, həm də logistika, yanacaq anbarları və hava nəqliyyatına təzyiq göstərməlidir.

TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Prime” qrupunun təsisçisi, siyasi ekspert Dmitri Leuşkin bildirib.

“Rusiya iqtisadiyyatını bütövlükdə sıxışdırmaq lazımdır, söhbət təkcə neft gəlirlərindən getməməlidir. Hava nəqliyyatı, logistika. Təkcə neft emalına deyil, məhz yanacaq anbarlarına zərbələr endirmək lazımdır, çünki bu, kifayət qədər böyük və ciddi zərər vurur”, – o deyib.

Leuşkin qeyd edib ki, xüsusilə iri yanacaq çənlərinin zədələnməsi, eləcə də limanların və hava limanlarının fəaliyyətinin məhdudlaşdırılması Rusiyaya ciddi itkilər verə bilər:

“Təyyarələrə zərbələr endirmək lazımdır. Onların sayı o qədər də çox deyil, çünki onları bərpa edə bilmirlər. Bunu gecə, orada əhali olmadığı vaxt etmək, aerodromlardakı təyyarələrə zərbələr endirmək lazımdır. Əgər Şeremetyevo və Vnukovo hava limanlarına çata bilmiriksə, Rostov var. Mülki aviasiya təyyarələrinin 50 faizini sıradan çıxarmaq yaxşı olardı, onlar artıq uça bilməyəcəklər”.

Ekspert hesab edir ki, hava nəqliyyatında ciddi problemlərin yaranması Rusiya iqtisadiyyatı üçün genişmiqyaslı nəticələrə səbəb ola bilər.

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər