Ukraynada yeni hökumətin tərkibi açıqlandı

Dünya

17.07.2025 09:10

Ukrayna Prezidenti Volodimir Zelenskinin partiyası “Xalqın xidmətçisi”nin parlament fraksiyasının rəhbəri David Axaramiya yeni hökumətin mümkün tərkibini təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə Axaramiya özünün "Telegram" kanalında məlumat verib.

Bildirilir ki, Baş nazir postuna hazırkı birinci vitse-premyer Yuliya Sviridenkonun namizədliyi irəli sürülüb. Müdafiə naziri postuna isə Denıs Şmıqalın gətiriləcəyi gözlənilir.

Rəqəmsal transformasiya naziri Mixailo Fyodorovun birinci vitse-premyer vəzifəsinə, infrastruktur və ərazi inkişafı naziri Aleksey Kulebanın və Avropa və Avroatlantik inteqrasiya məsələləri naziri Taras Kaçkanın isə vitse-premyer postlarına təyin olunacağı qeyd edilib.

Axaramiyanın sözlərinə görə, Ukrayna Ali Radası bu namizədləri növbəti iclasda səsə qoyacaq.

Qeyd edək ki, bundan əvvəl prezident Zelenski yeni hökumətdən yerli istehsal silahların Ukrayna ordusundakı payını 6 ay ərzində 50 faizə çatdırmağı tələb etmişdi. Ali Rada daha əvvəl Denıs Şmıqalın Baş nazir postundan istefasını qəbul etmişdi.

Qiymət Mahir

tag: Ukrayna ,Volodimir Zelenski,Ali Rada,Yuliya Sviridenko,Todaypress.tv,