Neftə tələbatın artması “OPEC+” ölkələrinə hasilatı artırmağa imkan verdi
Dünya
14.07.2025 13:11
“OPEC+” "səkkizliyi" ölkələrinin neft hasilatı kvotalarını artırmağa sövq edən əsas amillərdən biri III və IV rüblərdə neft tələbatının kəskin artımının gözlənilməsidir.
TodayPress TV TASS-a istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Heysəm əl-Qays 9-cu Beynəlxalq OPEC Seminarı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Bu il tələbatla bağlı müsbət gözləntilərimiz var – gündəlik 1,3 milyon barel. Biz xüsusilə üçüncü rübdə tələbatın güclü artımını görürük. Dördüncü rübdə də tələbatın yaxşı artımını görürük, bazarda davamlı tarazlıq olacaq", - o qeyd edib.
Əl-Qays həmçinin vurğulayıb ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarında profisit haqqında bütün proqnozları həddindən artıq pessimistdir: "Biz IEA və digər ekspertlərin birinci, ikinci rübdə profisit proqnozlarını müşahidə etdik. İndi isə, real məlumatlar ortaya çıxdıqda, bütün rəqəmlər başqa şey deyir - neft bazarında profisit yoxdur".
tag: OPEC,Neft,Tələbat,Artım,Proqnoz,Qaz,İxrac,Dünya,todaypress.tv,