Ukraynada silahlı şəxs "McDonald’s" restoranını ələ keçirdi

Ukraynada silahlı şəxs "McDonald’s" restoranını ələ keçirdi
07.08.2025 14:44 Dünya

Ukraynanın Çerkassi şəhərində avqustun 7-də günorta saatlarında silahlı şəxs "McDonald’s" restoranını ələ keçirib. 

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" öz mənbələrinə və Ukrayna Milli Polisinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

“Çerkassi polisi şəhər mərkəzindəki ictimai-iaşə obyektində baş verən atışma ilə bağlı ərazidə fəaliyyət göstərir. İlkin məlumata görə, silahlı şəxs restoranın içərisindədir. Oradan atışma səsləri eşidilib. Polis əməkdaşları ziyarətçiləri və işçi heyətini təxliyə edib”, - deyə rəsmi açıqlamada qeyd olunub.

Hazırda hadisə yerinə istintaq-əməliyyat qrupu, xüsusi təyinatlı dəstələr və tibbi yardım briqadaları cəlb olunub. Hadisənin motivi və silahlı şəxsin tələbləri barədə hələlik məlumat verilməyib.

Töhfə Səməd

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər