Ukraynada çoxsaylı vətəndaşlıq qanunu qəbul olundu
Ukrayna Ali Radası ölkədə çoxsaylı vətəndaşlığın tətbiqinə imkan verən qanun layihəsini dəstəkləyib. Sənədin lehinə 243 deputat səs verib.
TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Qanun layihəsinin səsverməsi zamanı 19 deputat “əleyhinə” çıxış edib, 9 deputat isə bitərəf qalıb. Yeni qanun Ukrayna vətəndaşlarının başqa ölkələrin vətəndaşlığını da eyni anda saxlaya bilməsinə hüquqi zəmin yaradır.
Qiymət Mahir