İran ABŞ ilə danışıqlar üçün şərtlərini açıqladı - SİYAHI

İran ABŞ ilə danışıqlar üçün şərtlərini açıqladı - SİYAHI
23.09.2026 20:15 Dünya

İran ABŞ ilə diplomatik danışıqların bərpası üçün şərtlərini təqdim edib.

TodayPress TV xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai BMT Baş Assambleyasının sessiyası çərçivəsində Tehranın Qətər vasitəçisi üzərindən ABŞ-yə danışıqların bərpası ilə bağlı şərtlərini çatdırdığını bildirib.

Onun sözlərinə görə, tərəflər arasında mesaj mübadiləsi təxminən iki saat davam edib.

İran ABŞ-dən Tehranın aqressiv hesab etdiyi hərəkətlərə, o cümlədən dəniz blokadasına və iqtisadi terrorizmə son qoymağı, bütün cəbhələrdə hərbi əməliyyatları dayandırmağı, İranın dondurulmuş aktivlərini açmağı və sahilyanı dövlətlərin razılaşdırdığı qaydada təhlükəsiz gəmiçiliyin təmin olunmasını tələb edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər