Ukrayna Neptun və Flamingo raketlərini uğurla sınaqdan keçirdi
Dünya
09.10.2025 11:57
Ukrayna "Neptun" və "Flamingo" raketlərini tandemdə uğurla istifadə edir.
TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin artıq Neptun və Flamingo raketlərini tandemdə uğurla tətbiq etdiyini bildirib.
Zelenski qeyd edib ki, "Palianitsia" raketləri düşmənin silah-sursat anbarlarına zərbələr endirməyə başlayıb. Raket pilotsuz təyyarəsi "Ruta" ilk dəfə 250 kilometrdən uzaqdakı dəniz platformasını vurub.
Onun sözlərinə görə, "Fire Point" layihəsi çərçivəsində 300 vahidədək raket yerləşdirilib və bu, ciddi əməliyyat hesab olunur.
“Ust-Luqa və Primorsk hədəfləri artıq əlçatandır. Bu, həqiqətən böyük uğurdur”, – deyə Zelenski vurğulayıb.
Bundan əlavə, Ukrayna 3000 kilometr mənzilli “Flamingo” qanadlı raketini nümayiş etdirib və raketin artıq seriya istehsalına başlandığı bildirilib. Modernləşdirilmiş Neptun raketi isə hazırda 400 kilometrə qədər məsafədə uğurla işləyir və yaxın gələcəkdə 1000 kilometrə çatacağı gözlənilir.
Zelenski daha əvvəl Rusiyaya qarşı son zərbələr zamanı Ukraynanın yalnız yerli istehsal silahlardan istifadə etdiyini qeyd edib.
Jalə Rövşən
tag: Volodimir Zelenski,Rusiya,"Neptun","Flaminqo" ,Todaypress.tv,
