NATO Ukraynaya hərbi yardımla bağlı razılığa gələ bilmir
Dünya
22.07.2025 12:24
NATO ölkələri Ukraynaya hərbi yardımın, xüsusilə sursat və artilleriya mərmilərinin göndərilməsini koordinasiya etməyə davam edir.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Alyansın yüksək vəzifəli rəsmisi bildirib ki, bu proses hələ də davam edir.
Mənbələrə görə, Ukrayna əsasən “Patriot” hava hücumundan müdafiə sistemlərini gözləyir. İyulun 14-də ABŞ prezidenti Donald Tramp Kiyevə yeni silah və texnika, o cümlədən “Patriot” sistemləri verməyə söz verib. O, sistemlərin dəqiq sayını açıqlamasa da, Avropa İttifaqının onların dəyərini ABŞ-yə ödəməli olacağını bildirib.
Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius isə Almaniya və ABŞ-nin Ukraynaya beş “Patriot” sistemi tədarük etmək barədə razılığa gəldiyini açıqlayıb.
Türkan İsgəndərli
tag: NATO,Ukrayna,Yardım,Patriot,Todaypress.tv,