Ukrayna Britaniyanın Rusiyaya qarşı sanksiyalarını alqışladı

Dünya

20.05.2025 16:32

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Böyük Britaniyanın Rusiya ilə əlaqəli olduğu iddia edilən “kölgə donanması”na qarşı tətbiq etdiyi yeni sanksiyaları müsbət qiymətləndirib.

TodayPress TV xəbər verir ki, Yermak bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. 

O bildirib ki, sanksiyaların davam etməsi Kremlə təzyiq göstərmək baxımından vacibdir: 

“Britaniyalı dostlarımıza Ukraynaya dəstəklərinə görə təşəkkür edirik. Rusiyanın kölgə donanmasına və xüsusilə onun kapitanlarına qarşı sanksiyalar düzgün addımdır. Bu təzyiq davam etməlidir. Kreml yalnız gücü anlayır”.

Qeyd edək ki, Britaniya bu gün “kölgə donanması”na daxil olduğu bildirilən və Rusiya neftini daşıyan 18 gəmini sanksiya siyahısına salıb. Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu addım Rusiya iqtisadiyyatına zərbə vurmaq məqsədi daşıyır.

Qiymət Mahir

tag: Ukrayna ,Britaniya,Rusiya,Andrey Yermak,todaypress.tv,