NATO ölkələrinin birgə bəyanatı yayımlandı

Dünya

25.06.2025 16:42

NATO ölkələrinin birgə bəyanatı açıqlanıb.

TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, sənəddə əsas vurğu müdafiə xərclərinin 2035-ci ilə qədər ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırılması planına yönəlib.

Bəyanatda aşağıdakı məsələlərə dair razılıq əldə olunduğu qeyd edilir:

NATO ölkələri illik müdafiə xərclərini mərhələli şəkildə artıraraq 2035-ci ilə qədər ümumi daxili məhsullarının 5 faizinə çatdıracaqlar.

NATO üzvləri Alyansın 5-ci maddəsinə sadiqliyini bir daha təsdiqləyiblər. Bəyanatda bildirilir ki, bir NATO ölkəsinə qarşı hücum bütün üzvlərə qarşı hücum kimi qəbul ediləcək.

NATO ölkələri Ukraynaya dəstəklərini davam etdirəcəklərini açıqlayıblar.

Bəyanatın əvvəlki layihəsində yer alan Ukraynanın gələcəkdə NATO-ya üzv olacağına dair istinadlar yekun sənəddən çıxarılıb.

Rusiya NATO-nun təhlükəsizliyi üçün uzunmüddətli və davamlı təhdid kimi qiymətləndirilib.

Töhfə Səməd

tag: NATO ,ÜDM,Bəyanat,Ukrayna,Rusiya,Todaypress.tv,